Dezinformasiya ilə Mübarizə Aparan Redaksiyalar

Bu kurs Gürcüstan, Türkmənistan, Ukrayna və Moldovada jurnalistlərinin üzləşdiyi xüsusi çətinlikləri nəzərdən keçirir.

VIDEO


VIDEO


QISA SORĞU


QISA SORĞU


 

MÜZAKIRƏLƏRI


Sinif müzakirələri üçün suallar


  1. Niyə müxtəlif qurumlar saxta xəbərlər yaradır və yayırlar? Gürcüstan / Ermənistan / Azərbaycan / Moldovadakı hər hansı buna bənzər bir qrup haqqında düşünə bilərsinizmi? Onların gündəmi nə ola bilər?

  2. Rusiya dezinformasiyası oxşar metodlardan istifadə edərək Gürcüstan, Moldova və Ukraynada geniş yayılmışdır. Belə məlumatlar bu ölkələrə necə zərər verir? Sizcə təsir hər ölkədə oxşar olar və ya fərqli?

  3. Saxta məlumatlar virus yolu ilə yayıldığı halda, az sayda auditoriya dezinformasiyanı ifşa edə bilir. İnsanlar oxumadığı halda, saxta xəbərlərin ifşa olunmasının mənası varmı? Saxta xəbərlərə qarşı mübarizə aparanlar daha səmərəli olmaq üçün nə etməlidirlər?

  4. Hökumətlər dezinformasiya mənbəyinə çevrildiyi halda, repressiv rejimlərdəki müstəqil jurnalistlər tez-tez təqib olunurlar. Jurnalistlər həqiqəti üzə çıxarmaq üçün özlərini təhlükəyə atmalıdırlarmı? Həqiqəti nəyin bahasına olursa olsun tapmaq jurnalistin borcudur?

  5. Saxta xəbərlər və dezinformasiyalar dünyada artmaqdadır. Saxta xəbərləri aradan qaldırmaq üçün hökumətlər, vətəndaş cəmiyyəti qrupları və media nə etməlidir və bunu nəyin bahasına etməlidir?

 

PRAKTIKI ÇALIŞMALAR


Sən vs Dezinformasiya

Aşağıdakı hallarda sən də edərdin? Sən ən uyğun olan variantı seçib, digər iştirakçılar ilə onu müzakirə edirsən. Düz və ya səhv cavab yoxdur, lakin bəzi çavablar digərlərinə nisbətən korresiya oluna bilər.


HAL 1

Sən Tbilisidə yerləşən müstəqil bir media qurumunun redaktorusan. Facebook vasitəsi ilə gizli səsyazma materialına keçid almısan. Bu səsyazmada iki nəfər var, biri aşkar şəkildə müxalifət partiyasının Qori bələdiyyəsinə olan namizədi, digəri isə Rusiya FSB rəsmisidir. Namizəd, şəhərin Yeni Stalinqrad adına dəyişdirilməsi tələbi ilə Qoridə ifrat sağçı etiraz qruplarının təşkil edilməsi qarşılığında FSB rəsmisindən 100.000 ABŞ dolları almağa razıdır. Sənə səsyazmanı göndərən şəxs mesajlara cavab vermir, profili saxta görünür. Səsyazma Ukraynada saxta adla qeydiyyatdan keçmiş boş bir veb-səhifədən yüklənir. Ukraynadakı etibarlı həmkarlarınla əlaqə saxlayıb, sənə bu xüsusi mənbəni tanımadıqlarını söyləyirlər və bu, tez-tez saxta xəbərlər yayan digər oxşar platformalara bənzəyir. Sabah yerli seçkilər keçiriləcək və son sorğulara əsasən müxalifət namizədinin qazanacağı ehtimalı böyükdür. Bu halda sən nə edərdin?


Variant 1
Müxalifət namizədini pisləmək məqsədilə hakim partiyanın saxta və ya uydurduğu bir məlumat ola bilər. Həmkarlar bunun saxta bir mənbə olduğunu düşünürlər. Bunu indi dərc etsəm, sabahkı seçkilərin nəticələrini əhəmiyyətli dərəcədə təsir edə bilər. Əgər mən 100 % əmin deyiləmsə, seçkilərə bir gün qalmış belə bir xəbəri partlatmaq məsuliyyətsizlikdir. Hətta əgər məlumatın doğruluğunu təsdiqləsəm də, heç kim buna əhəmiyyət verməz. Hərtərəfli araşdırma aparmayana qədər xəbəri dərc edə bilmərəm.

Variant 2
Cari vəziyyətdə ictimai maraq çox yüksəkdir və seçicilər səs vermədən əvvəl bu məlumatı bilmək hüququna malikdirlər. Mənbənin təsdiqlənmədiyini bildirərərk məlumatı olduğu kimi yazacağam ki, hər kəs özü bildiyi kimi qərar versin. Belə bir vacib məlumatı gizlətmək məsuliyyətsizlikdir.

 

HAL 2

Səm Kiyevdə fəaliyyət göstərən redaktorsan. Donbasdan yerli polis qruplarının bir uşaq əsgəri muzda götürüb, təlim keçdiyi barədə məlumat alırsan. Məlumat sənə şübhəli görünmür və ertəsi gün xəbəri yayımlayırsan. İki gün sonra yerli faktla bağlı araştırma qrupu sizin redaksiya ilə əlaqə saxlayır və fotoda bir Estoniyalı yoqurt reklamından bir uşaq aktyoru olduğunu söyləyir. Həmkar jurnalistlər, həmkar olaraq, sizə xəbəri geri çəkmək imkanı yaradırlar. Daha sonra sən və komandan məlumatı araşdırıb onun saxta olduğunu öyrənirsiniz. Münaqişələrin yayımlanması layihəsi, post-sovet ölkələri arasında münaqişə bölgələrində yerli jurnalistlər şəbəkəsi vasitəsiylə fəaliyyət göstərən böyük bir beynəlxalq donor təşkilatı tərəfindən maliyyələşdirilir. Bu, çətin vəziyyətdə yaşayan yerli jurnalistlərin yeganə gəlir mənbəyidir. Bir neçə gündür bu layihə tərəfindən maliyyələşdirilən digər məlumatları araşdırırsınız və yalnız Donbas müəllifinin xəbərinin qismən və ya tamamilə saxta olmadığını öyrənirsiniz, bəzi müxbirlər az araştırılmış xəbərlər də təqdim ediblərmiş. Problemin sistemli olduğu aydınlaşır. Donor ən yaxşı halda maliyyəni dayandıracaq və bu ortaya çıxacağı təqdirdə tərəfdaşlıq tamamilə ləğv ediləcəkdir. Bu, sizin media qurumunuzun əsas layihələrindən biridir və belə bir hal olarsa, quruma maddi və nüfuz baxımından böyük bir zərbə olacaqdır. Eyni anda faktiki olaraq, qurumun vəziyyətdən çıxa bilməyəcəyini də düşünürsən. Bu halda sən nə edərdin?


Variant 1
Problemin miqyasını əhəmiyyətli dərəcədə azaltmaq məqsədiylə uşaq əsgər barədə xəbərin geri çəkilməsini yayımlayıb, üzür istəyirsən və gələcəkdə ciddi araşdırmalar aparmaq vədini verərək, cari məsələni xüsusi üzürlü hal kimi təqdim edirsən.

Variant 2
Təsdiqlənməmiş bütün xəbərlərin geri çəkilmələrini dərc edib, bütün məlumatları donorla paylaşıb, nəticələrini qəbul edirsən.

 

HAL 3

Sən Yerevanda fəaliyyətə olan bir jurnalistsən. Qərb ölkələri heç bir şey etmədiyi halda Rusiyanın Ermənistana koronavirusla mübarizədə necə kömək etməsi barədə oxşar məqalələri dərc edən bir xəbər agentliyi şəbəkəsini araşdırırsan. Bunun koordinasiyalı bir təbliğat ola biləcəyindən şübhələnirsən. Sən aşkarlamısan ki, nüfuzlu qeyri-hökumət təşkilatları bəzi media qurumlarının dezinfeormasiya yaydıqları və bunun Rusiya ilə əlaqəli olduğuna dair xəbər yayıb. Analitiklərə materialları göstərirsən və onlar bunun koordinasiyalı bir dezinfeormasiya cəhdi kimi göründüyünü qəbul edirlər. Buna baxmayaraq, bu mənbələri birbaşa Rusiya ilə əlaqələndirə bilmirsən. Səncə bu halda materialı dərc etmək üçün kifayət qədər məlumatın varmı?


Variant 1
Bəli, dezinformasiya nümunəsi olduğu istənilən halda yaxşı tədqiq edilmişdir. Keçmiş təcrübələrdəki oxşar cəhdlər daxil olmaqla, analitiklərin görüşləri və QHT hesabatlarına etibar edərək materialı dərc edəcəyəm.

Variant 2
Xeyr, məlumatı araşdırmağa davam etməli və Rusiya ilə birbaşa əlaqələr qurmalıyam.

 
Next
Next

Редакции новостей в противодействии с дезинформацией