Dezinformasiya ilə Mübarizə Aparan Redaksiyalar
Bu kurs Gürcüstan, Türkmənistan, Ukrayna və Moldovada jurnalistlərinin üzləşdiyi xüsusi çətinlikləri nəzərdən keçirir.
Bu kurs Gürcüstan, Türkmənistan, Ukrayna və Moldovada jurnalistlərinin üzləşdiyi xüsusi çətinlikləri nəzərdən keçirir.
Aİ-nın Şərq Tərəfdaşlığı regionu, eləcə də Mərkəzi Asiya, həm daxili, həm də xarici oyunçuların artan dezinformasiyası ilə üzləşir. Bu film gənc və iddialı jurnalistləri qarşılaşacaqları əngəllər və onları necə dəf edəcəklərinə dair məlumatlandırır.
Real həyat nümunələri vasitəsiylə film, tamaşaçıları çaşdırmaq və media platformalarında istifadə olunan dezinformasiya üsullarını araşdırır.
Müstəqil jurnalistlərin fəaliyyətlərinə görə hansı təqiblərə məruz qaldıqlarını və KİV-lərin etibarlı məlumat toplamaq üçün dünyanın ən məhdud iş mühitlərində necə mübarizə apardıqlarını araşdırır.
Məqsəd bundan ibarətdir ki, yeni başlayan iddialı jurnalistlərə onların olduqları regionda kariyeraları boyunca üzləşə biləcəkləri dezinformasiya məsələsinə dair effektiv baxış verilsin.
BU NIYƏ VACIBDIR?
Şərqi Avropa ölkələri dezinformasiya və təbliğat vasitəsiylə xarici düşmən müdaxiləsindən əziyyət çəkirlər. Xüsusilə Rusiya, həm sərt, həm də yumşaq güc vasitələri ilə sabitliyi pozan tərəf olaraq çıxış edir. Oliqarxlara məxsus və ya hökumətə bağlı media mərkəzləri inkişaf edərkən, müstəqil media qurumaları sağ qalmaq üçün mübarizə aparırlar.
KIMLƏR YARARLANA BILƏR?
Jurnalistika fakültəsi tələbələri və təlimçiləri
Media savadlılığı və rabitə tədqiqatları üzrə pedaqoqlar və araşdırmaçılar
Redaktorluq və jurnalistika fəaliyyəti ilə məşğul olanlar
KURSUN MƏQSƏDLƏRI
Təniqi düşüncəni inkişaf etdirmək
Dezinformasiyanı təyin etmək və ona qarşı mübarizə aparmaq
Mövcud alətlətin istifadəsi və reportajların təkmilləşdirilməsinə dair praktiki biliklər qazanmaq
NƏTICƏLƏR
Jurnalistlər manipulyasiyalara az həssasdırlar, reportajlar və media məzmununun yaradılmasında daha tənqidi yanaşırlar
Rabitə və jurnalistikanı tədris edən pedaqoqlar media savadlılığının effektiv şəkildə artırılmasına daha yaxşı dəstək dura bilirlər